Karyerasını sonlandıran baş məşqçi “Adım Yılmaz olsa da, artıq yıxılmışam.

Türkiyəli baş məşqçi Yılmaz Vural məşqçilik karyerasına son qoyduğunu açıqlayıb.

Newsport.az xəbər verir ki, ölkəsində televiziya kanallarının birinə müsahibə verən 65 yaşlı mütəxəssis artıq gücünün qalmadığını bidirərək, məşqçiliklə vidalaşmaq vaxtının yetişdiyini deyib:  “Adım Yılmaz olsa da, artıq yıxılmışam. Fikrimcə, baş məşqçilik karyeramı sonlandırmalıyam. Çünki, vəziyyət belə davam edərsə, ya ürəktutmasından öləcəm, ya da dəli olacağam”.

Qeyd edək ki, türkiyəli mütəxəssisin son çalışdırdığı klub “Giresunspor” komandası olub. Baş məşqçilik karyerası dönəmində üzun bir yol keçən təcrübəli məşqçi, bu illər ərzində “Bursaspor”, “Trabzonspor”, “Antalyaspor” kimi  bir çox adlı-sanlı klubları çalışdırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right