Futbolun problemli uşağı vətəninə geri dönür?

İtaliyalı futbolçu Mariyo Balotelli yenidən vətəninə geri dönə bilər.

Newsport.az xəbər verir ki, bu haqda hücumçunun meneceri Mino Riola jurnalistlərə verdiyi açılamasında bildirib. İntaliya və İngiltərə klublarının futbolçu ilə maraqlandığını bildirən menecer artıq, bir neçə klubla danışıqlar apardığını da diqqətə çatdırıb:

“Balotellinin hazırki qiyməti 100 milyon avrodur. O, İtaliyaya dönməyə hazırdır. Balotelli dünyada 10 ən güclü hücumçudan biridir. İtaliyada isə bir nömrədir. Bir neçə böyük klublarla danışıqlarımız gedir. Yaxın zamanlarda isə son qərar veriləcək”.  

Qeyd edək ki, 2016-cı ildən Fransanın “Nitsa” klubunda çıxış edən 27 yaşlı futbolçu, bu mövsüm çıxdığı 29 matçda 21 qol atmağı bacarıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right