Mourinyo açıqladı: İbrahimoviç "Mançester Yunayted"dən ayrılır

“Mançester Yunayted” isveçli hücumçusu Zlatan İbrahimoviçlə yolları ayrıracaq.

Newsport.az-ın məlumatına görə, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo açıqlama verib. Portuqaliyalı mütəxəssis dizində zədəsi olan 36 yaşlı forvardın mövsümün sonunda komandadan ayrılacağını bəyan edib.

Xatırladaq ki, ötən mövsüm vurduğu 28 qolla MY-nin uğur qazanmasında əsas pay sahiblərindən biri olan İbrahimoviç zədə səbəbindən bu mövsüm cəmi 5 çempionat oyununda 102 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right