Çin klublarından Türkiyə nəhənglərinə 9 təklif

Son vaxtlar futbolçu transferinə ciddi pullar xərcləyən Çində transfer pəncərəsi fevralın 28-də bağlanıb.

Newsport.az xəbər verir ki, bu ölkənin klubları transfer pəncərəsinin son gününə kimi axtarışda olublar. Türkiyə mətbuatında yer alan məlumata görə, bu ölkənin 3 böyük klubu olan “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”nın da üzvləri qış transfer pəncərəsində çinlilərin diqqət mərkəzinə düşüb.

Belə ki, “Qalatasaray”dan Harri Rodriqes, Bafetimbi Qomis və Yunes Belanda, “Fənərbaxça”dan Roberto Soldado, Martin Şkrtel və Matye Valbuena, “Beşiktaş”dan isə Pepe, Adriano və Rikardo Quareşma çinlilərin diqqət mərkəzində olsa da, türklər bu futbolçuların Çinə yollanması ilə razılaşmayıb. Mənfi cavaba səbəb isə Asiya ölkəsi təmsilçilərinin Türkiyə klublarının qapısını sərfəli təkliflə döyməməsi olub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right