Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli oldu

Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın Qazaxıstan mətbuatına istinadən yaydığı xəbərə görə, yığmaya Stanimir Stoylov rəhbərlik edəcək. 51 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Bolqarıstanlı məşqçi bu vəzifədə yanvarda istefa vermiş Aleksandr Borodyuku əvəzləyib.

Qeyd edək ki, Stoylov 2014-cü ildən Qazaxıstanda çalışır. O, 2014-2017-ci illərdə “Astana”nın baş məşqçisi olub. Bundan başqa o, ölkəsinin “Levski”, “Liteks”, “Botev”, eləcə də Kiprin “Anortosis” klubunu çalışdırıb. Stoylov 2007-ci ildə, həmçinin 2009-2010 illər aralığında Bolqarıstan yığmasında da işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right