42 milyon avroluq futbolçunun Çin macərası başa çatdı

Kolumbiya millisinin üzvü Cekson Martines Çinin “Quançjou Everqrand” klubundan ayrılıb.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı forvard azad agent statusuna yiyələnib.

2016-cı ilin fevral ayında 42 milyon avro qarşılığında Madrid “Atletiko”sundan Çin təmsilçisinə keçən Martines cəmi 16 oyun keçirib. İllik gəliri 12,5 milyon avro olan hücumçu bu qarşılaşmalarda 4 qol və 2 assistlə yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right