Marselo PSJ-yə qarşı oynayacaq

“Real”ın müdafiəçisi Marselo zədəsini bərpa edib. 

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu fevralın 18-də “Betis”lə görüşdə (5:3) sıradan çıxmışdı. 

Artıq 29 yaşlı oyunçu məşqlərə başlayıb. O, martın 6-da Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə PSJ-yə qarşı oynaya biləcək. 

Marselo ilə yanaşı, “Real”ın digər müdafiəçisi Xesus Valexo da zədəsini bərpa edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right