"Yuventus"da ciddi itki

"Yuventus"un futbolçusu Qonzalo İquain İtaliya A Seriyasının 27-ci turunda "Latsio" ilə matçı buraxacaq.

Newsport.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, buna səbəb onun ölkə çempionatında "Torino" ilə matçda zədələnməsidir.

Turin klubunun baş məşqçisi Massimiliano Alleqri deyib ki, argentinalı hücumçunun zədəsinin daha da ağırlaşmaması üçün onu sözügedən görüşdə oynatmayacaq: "İstəyirik ki, o forma yığsın. İquain bir neçə gündür məşqlərdə iştirak etmir. "Tottenhem"lə oyuna kimi vəziyyətinin necə olacağını gözləyəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right