Sabiq "Qəbələ"li Latviya klubunda

"Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonovun yeni klubu müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, Ukaynanın "Çernomorets” klubundan ayrılan hücumçu karyerasını Latviyada davam etdirəcək.O, bu ölkənin  "Ventspils" klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Antonov 2015/16 mövsümündə "Qəbələ”də oynayıb. 31 yaşlı hücumçu "qırmızı-qaralar”ın heyətində 49 oyunda iştirak edib və 8 dəfə fərqlənib .





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right