"Real" yay transferlərinə 300 milyon avro ayıracaq

Mövsümün sonunda heyətini yeni hücumçu ilə gücləndirməyi qarşısına məqsəd qoymuş “Real” “Tottenhem”in forvardı Harri Keynə göz dikib.

Newsport.az saytının məlumatına görə, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə “kral klubu”nun ingilis hücumçunun transferi üçün 200 milyon avro ödəməyə hazır olduğu qeyd edilib. “El Mundo”nun yaydığı məlumata görə, “Real” yay transferləri üçün 300 milyon avro ayıracaq. “Kral klubu”nun prezidenti Florentino Peres bu məbləğin 200 milyon avrosunu Keynin transferi üçün ayırmaq fikrindədi.

Mövsümün sonunda Qaret Beyl və Kərim Benzemanı satmağı planlaşdıran Madrid təmsilçisinin transfer siyahısında Mauro İkardi və Eden Hazard da var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right