Beşiktaş hollandiyalı futbolçu üçün 4 milyon avrosundan keçdi

Türkiyənin “Beşiktaş” klubu İngiltərənin “Sanderlend” klubundan icarəyə götürdüyü Cermeyn Lensin transfer hüququnu da alıb.

Newsport.az-ın məlumatına görə bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, hollandiyalı futbolçunun transfer hüququnu almaq üçün qarşı tərəfə əlavə 4 milyon avro ödənilib. Lens “Beşiktaş”la 2022-ci ilədək müqavilə imzalayıb. Qarşıdakı 4 il ərzində futbolçu “qara qartallar”ın heyətində 8,25 milyon avro qazanc əldə edəcək.

Bu mövsüm “Beşiktaş” formasıyla müxtəlif turnirlərdə 20 matça çıxan Lens 4 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right