Zidan: "Espanyol"a məğlub olmağa layiq deyildik"

“Oyuna  yaxşı başladıq. Qol fürsətlərimiz olsa da, dəyərləndirmədik. İkinsi hissədə isə istədiklərimizi edə bilmədik".
 

Newsport.az saytının məlumatına görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 26-cı turunda səfərdə “Espanyol”a uduzduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.
 
Fransalı mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını bildirib: "Uğursuzluğu qəbul etməliyik. Ancaq “Espanyol”a məğlub olmağa layiq deyildik. Bu nəticə təsadüfidir. Çünki rəqib çox az qol fürsəti əldə etmişdi”. 

Qeyd edək ki, Madrid klubu 90+3-cü dəqiqədə buraxdığı qolla uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right