Rüfət Dadaşov: "Tezliklə milliyə qayıtmağı düşünürəm"

"Foqts oyuna çox əhəmiyyət verən keçmiş məktəbin nümayəndəsi idi. Çox diqqətlə çalışırdı və rahat adam idi".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının keçmiş hücumçusu Rüfət Ddaşov deyib.  

"Dinamo" klubunda forma geyinən hücumçu Almaniya mətbuatına müsahibə verib. O, millimizin keçmiş baş məşqçisi Berti Foqts haqda danışıb: "Berti çox ciddi adam olsa da, onunla hər zaman məşqlərdə zarafatlar edə və əylənə bilərsiniz".

Foqtsun gedişindən sonra Dadaşov da millimizdən kənarda qalıb. O, "Almaniyalı sizin "sponsorunuz" idi?" sualına belə cavab verib: "Siz belə düşünə bilərsiniz. Foqts hələ ilk məşq zamanı mənimlə bağlı çox şey düşündüyünü demişdi. Onun dönəmində mütəmadi olaraq milli komandaya dəvət alırdım. Bu, mənə özünəinam verirdi".

Hücumçu yenidən milli komandamızın şərəfini qorumaq barədə düşünür: "Əlbəttə, tezliklə bir şans qazanmaq istəyirəm. Futbolçu üçün ölkəsinin şərəfini qorumaqdan yaxşı bir şey yoxdu. Çalışıram, milli komandaya qayıtmaq üçün əlimdən gələni edirəm".

26 yaşlı forvard "Ayntraxt"ın U-19 komandasında forma geyinən kiçik qardaşı Renat Dadaşov haqda da fikir bildirib: "Renat öz yaşıdları arasında ən yaxşılardan biridi. O, tezliklə toparlanmalıdı, çünki peşəkar müqavilə imzalayıb".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right