Suares cəzalanacaq bilərəkdən sarı vərəqə almağa cəhd etdiyi üçün

La Liqanın prezidenti Xavyer Tebas çempionatın son turunda "Jirona" ilə matçda (6:1) sarı vərəqə alaraq cəzalı duruma düşməyə cəhd edən “Barselona”nın hücumçusu Luis Suaresin cəzalandırılacağını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, qurum rəhbəri Suaresin hiyləgərlik edərək sarı vərəqə almağa cəhd etdiyini deyib: “Luis Suarez qəsdən sarı vərəqə almağa çalışırdı. Buna görə də o, cəzalanmalıdır. Əgər Suares “Jirona” ilə görüşdə sarı vərəqə ilə cəzalansaydı, "Las Palmas"la görüşdə meydanda olmayacaqdı. Cəzasını çəkib qurtardıqdan sonra isə "Atletiko" ilə görüşə çıxacaqdı. Bu hiyləgərlik yol verilməzdir. Cəzalanması üçün çalışırıq. La Liqada saxtakarlığın qarşısını almaq üçün əlimizdən gələni edirik".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right