Millimizin üzvü üçün yeni baş məşqçi

Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu Türkiyənin “Samsunspor” klubunda baş məşqçi dəyişikliyi reallaşıb.

Newsport.az-ın məlumatına görə, TFF 1-ci liqa təmsilçisi cari mövsümdəki uğursuz çıxışa görə Engin İpekoğlunu istefaya göndərib. Baş məşqçi postu Besim Durmuşa tapşırılıb.

Bu mövsümə Alpay Özalanın rəhbərliyi altında başlayan Samsun klubu 7-ci turdan sonra onu istefaya göndərmiş və baş məşqçi postuna Engin İpekoğlu gətirilmişdi.

Xatırladaq ki, “Samsunspor” TFF 1-ci Liqada geridə qalan 24 oyunda cəmi 28 xal toplayıb və 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right