"Barselona"nın yeni hədəfi

"Barselona"nın bu yay transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Kataloniya klubu "Tottenhem"in müdafiəçisi Tobi Alderveyreldi transfer etmək istəyir.

La Liqa təmsilçisi 28 yaşlı futbolçunu transfer siyahısına daxil edib. "Barsa"nın mövsümün sonu Alderveydi heyətinə qatmaq üçün 50 milyon avro büdcə ayırdığı bildirilir.

Qeyd edək ki, belçikalı oyunçunun hazırkı klubu ilə müqaviləsi 2019-cu ilin yanvar ayına kimidi. O, londonlularla yeni sözləşmə imzalamaq barədə razılığa gələ bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right