UEFA İtaliya klubu ilə bağlı araşdırmaya başladı

UEFA İtaliyanın “Atalanta” klubu ilə bağlı araşdırmaya başlayıb.

Newsport.az-ın məlumatına görə, buna Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Almaniyanın “Borussiya” klubu ilə oyunda (1:1) Dortmund təmsilçisinin hücumçusu Mişi Batşuayinin italiyalı azarkeşlər tərəfindən irqçi şüarlarla qarşılanması səbəb olub.

Xatırladaq ki, oyundan sonra “Atalanta”nın prezidenti Antonio Perkassi azarkeşlərinin hərəkətinə görə üzr istəmişdi: “Düzünü deyim, səsləri eşitməmişəm. Doğrudusa, təəssüf edirəm. Batşuayidən üzr istəyirəm. Bu, əsla olmamalıydı”.

Xatırladaq ki, ilk oyunda 3:2 hesabıyla qələbə qazanan “Borussiya”, Berqamodakı heç-heçədən sonra 1/8 finala adlamışdı.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right