"Hazırkı “Bavariya” daha güclüdü, ancaq..." Haynkes

“Bavariya”nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasıyla bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 72 yaşlı mütəxəssis Almaniya mətbuatına açıqlamasında qitənin ən nüfuzlu klub turnirində rəqabətin hər keçən il bir az da artdığını deyib:

“Artıq futbolda rəqabət dəyişib. Hazırkı komandam 2012/13 mövsümündə çempion olmuş komandadan daha güclüdü. Ancaq hazırda ÇL-də oynayan 5 İngiltərə klubu transferlərə 3 milyard avro xərcləyib. Bu turniri sonuncu dəfə 2013-cü ildə qazanmışıq, indi heyətimiz daha yaxşıdı. Ancaq bu, mütləq çempion olacağımız demək deyil. Bu mövsümdə rəqabət daha yüksəkdi”.

Xatırladaq ki, “Bavariya” ÇL-in 1/8 final mərhələsinin ilk oyununda “Beşiktaş”ı 5:0 hesabıyla məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right