Günün reallığı: Rusiya çempionatının rəmzi yığmasında olan azərbaycanlıya ölkədə iş yoxdur!

Rusiyada Azərbaycan milli komandasının ilk kapitanı Nazim Süleymanovu unutmurlar.

Newsport.az-ın məlumatına görə, şimal qonşularımız Rusiya Premyer Liqası tarixində postsovet ölkələrinin ən yaxşı futbolçularının rəmzi yığmasını açıqlayıb.

Dünyaca məşhur"sports.ru" saytının versiyasına əsasən, 11-liyə millimizin sabiq kapitanı, 1991-1996-cı illərdə "Alaniya"nın şərəfini qorumuş Nazim Süleymanovun da adı salınıb. Müstəqil Azərbaycan futbol tarixinin ən  tanınmış oyunçuları arasında yer alan Süleymanov bir sıra məşhur həmkarlarını geridə qoyub.

Məlumat üçün bildirək ki, hazırda Nazim Süleymanov işsizdir. 

Onu da əlavə edək ki, rəmzi yığmada yer alan yeganə hücumçu Georgi Demetradzenin də yolu Azərbaycandan keçib. Gürcüstan millisinin sabiq üzvünün “Bakı” ilə qısamüddətli uğursuz müqaviləsi olub. 

Sonda saytın rəmzi yığmasını sizə təqdim edirik. 

Qapıçı: Andrey Dikan (Ukrayna)

Müdafiəçilər: Sergey Qurenko (Belarus), Malxaz Asatiani (Gürcüstan), Oleq Paşinin (Özbəkistan), Dmitri Parfenov (Ukrayna)

Yarımmüdafiəçilər: Deyvidas Şemberas (Litva), Anatoli Timaşuk (Ukrayna), Nazim Süleymanov (Azərbaycan), Mircəlal Qasımov (Özbəkistan), Vasili Baranov (Belarus)

Hücumçu: Georgi Demetradze (Gürcüstan) 

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right