2020-ci il Avropa çempionatının mükafat fondu açıqlandı

2020-ci ildə keçiriləcək Avropa çempionatının mükafat fondu açıqlanıb.

Newsport.az-ın məlumatına görə, bu barədə TASS agentliyinə UEFA-nın baş katibi Teodor Teodoridis xəbər verib.

O bildirib ki, qitə birinciliyinin mükafat fondu AÇ-2016 ilə müqayisədə yüksəkdi: “Ümumi mükafat fondu 371 milyon avro olacaq. Yəni iştirakçıların hər birinin payına minimum 1,25 milyon avro düşəcək. Avropa çempionu olacaq yığmaya isə 34 milyon avro veriləcək”.

Fransada baş tutmuş AÇ-2016-nın mükafat fondu 301 milyon avro idi.

Qeyd edək ki, AVRO-2020-də qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakıda keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right