PSJ Neymar üçün bunu da edir Koutinyo üçün Mbappe fəda edilir

PSJ növbəti "transfer bombası"nı partlatmaq istəyir.

Newsport.az-ın məlumatına görə, Paris klubu "Barselona"nın qışda "Liverpul"dan 160 milyon avroya transfer etdiyi Filippe Koutinyonu hədəfə alıb. Bu barədə "El Paris" nəşri məlumat yayıb. İddiaya görı, Paris klubu Neymarın komandada daha xoşbəxt etmək üçün onun uşaqlıq dostu olan Koutinyonu sıralarına qatmaq istəyir. Məlumata görə, növbəti mövsümdən etibarən rəsmən PSJ-nin futbolçusu olacaq Kilian Mbappe bu keçiddə istifadə edilə bilər. Paytaxt klubu gənc forvardı qarşı tərəfə verməyə hazırdır.

Qeyd edək ki, Neymar ötən yay 222 milyon avro qarşılığında "Barselona"dan transfer edilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right