"Atletiko"nun iki futbolçusu Çin klubunda

"Atletiko" iki futbolçusunu Çin klubuna satıb.

Newsport.az-ın məlumatına görə, Yannik Karrasko və Nikolas Qaytan "Dalyan İfan" klubuna keçiblər. Madrid təmsilçisi  belçikalı və argentinalı yarımmüdafiəçilərin transferini rəsmi saytı vasitəsilə açıqlayıb. Bu transferlərə görə, "hindular" 50 milyon avro qazanıb.

Qeyd edək ki, 30 yaşlı Qaytan "Atletiko"ya 2016-cı ildə keçib. 24 yaşlı Karrasko isə 2015-ci ildə Madrid klubuna transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right