"Araz Abdullayev göstərdi ki, start heyətə qayıtmağa hazırdı"

Azərbaycan millisinin üzvü Araz Abdullayev zədədən sonra yenidən Kiprin "Anortosis" klubunun əsas heyətində meydana çıxıb.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Limassol AEL-inə qalib gəldikləri görüşdə (1:0) meydanda olub.

Matçla bağlı yazı hazırlayan "SuperSport" Arazın çıxışını da dəyərləndorb. Məqalədə həmyerlimizin əvvəlki formasını itirmədiyi qeyd olunub:

"Araz Abdullayev göstərdi ki, start heyətə qayıtmağa hazırdı. O, zədəli idi və əsas start heyətdən kənarda qalmışdı. Amma AEL-lə oyunda sübut etdi ki, əvvəlki formasını itirməyib".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right