UEFA seçmə mərhələdən 1 milyard avro qazanıb

UEFA-nın DÇ-2018-in seçmə mərhələsində əldə etdiyi gəlir açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Avropanın ali futbol qurumunun seçmə mərhələdəki gəliri 1 milyard avro olub. Bu barədə məlumatı UEFA-nın maliyyə direktoru Jozef Koller verib. Koller UEFA-nın Bratislavada keçirilən konqresi zamanı bu barədə danışıb.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-nə qədər Rusiyada keçiriləcək.

Azərbaycan millisi də DÇ-2018-in seçmə mərhələsində iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right