Renat Dadaşovun qolu “Ayntraxt”ı xilas etmədi

Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, frankfurtlular 19-cu tur çərçivəsində səfərdə “Qroyter”lə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2.

"Ayntraxt"da çıxış edən milli komandamızın forvardı Renat Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dadaşov 32-ci dəqiqədə hesabı 2:1 edərək komandasını hesabda önə keçirən qola imza atıb. Lakin qalan dəqiqələrdə frankfurtlular daha iki qol buraxaraq meydanı məğlub tərk ediblər. Renat bu oyunda sarı vərəqə ilə də cəzalanıb.

17 matçdan sonra aktivində 19 xal olan “Ayntraxt” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right