Millimizin üzvünün oynamadığı matçda kuryoz qol

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” doğma meydanda “İnqolştadt”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1. Qonaqların vurduğu kuryoz qol isə sosial şəbəkələrdə və saytlarda geniş şəkildə paylaşılıb. 

Eratın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Duysburq” geridə qalan turlarda topladığı 37 xalla 18 klub arasında 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right