Nazarovlu "Aue" 3 xal qazandı

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Kayzerslautern”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Millimizin futbolçusu 67-ci dəqiqədə sarı vərəqə də alıb.

“Aue” geridə qalan turlarda topladığı 28 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right