Levandovski məşhur menecerlə razılığa gəlib

“Bavariya”nın hücumçusu Robert Levandovski özünə yeni menecer tapıb.

Newsport.az xəbər verir ki, həmyerlisi 
Çezari Kuxarski ilə yollarını ayırmağı qərara alan polşalı hücumçu, İsraildən olan Pini Zahavi ilə yoluna davam edəcək. Almaniya mətbuatının iddiasına görə, Levandovskinin bu anlaşmaya, yayda "Reala" keçmək istədiyi üçün razılıq verdiyi söylənilir.

Qeyd edək ki, Zahavi Neymarın “Barselona”dan PSJ-yə keçidində də yaxından iştirak etmiş, hətta bu transferdən 12 milyon avro faiz götürmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right