Torres Çinə gedir?

"Atletiko Madrid"in futbolçusu Fernando Torres klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, bu iddia ilə İspaniya mətbuatı çıxış edib. Belə ki, müqaviləsi mövsümün sonunda bitəcək ispaniyalı hücumçu ilə, "ağ-qırmızılar" yeni müqavilə imzalamaq niyyətində deyillər. Komandanı tərk etməyə hazırlaşan 34 yaşlı futbolçuya isə, adı mətbuata açılanmayan ÇİN klubu sərfəli təklif edib. Onlar, Torresin Çinə gedəcəyi təqdirdə, Torresə 15 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, 2015-ci ildən “Atletiko”da çıxış edən futbolçu, karyerası ərzində  “Liverpul”, “Çelsi” və “Milan” kimi nəhəng komandalarda forma geyinib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right