Millimizin üzvləri qarşılaşdı, komandaları bərabərə qaldı

Hollandiya birinci liqasında 26-cı turun oyunları baş tutub.

Newsport.az xəbər verir ki, həmyerlilərimizin şərəfini qoruduğu iki klub, "Den Boş" və "Valveyk" münasibətlərə aydınlıq gətiriblər. Gərginliyi ilə yadda qalan görüşdə qapılara qol vurulmasa da, (0-0) 3 oyunçu qırmızı alaraq meydandan qovulub. Belə ki, ev sahiblərinin bir, qonaqların isə iki futbolçusu, qırmzı alaraq oyunu tərk ediblər.

Qeyd edək ki, "Den Boş"un formasını geyindiyi Ziya Əzizov start heyətdə meydana çıxsa da, 77-ci dəqiqədə əvəzlənib. "Valveyk"də çıxış edən Ozan Can isə matçın 84-cü dəqiqəsində oyuna daxil olub.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right