Eddi İsrafilov: "Özümü xoşbəxt hiss edirəm"

"Artıq geri dönməyə hazıram. Məşqççimizin ixtiyarındayam və o, istədiyi zaman məni meydana buraxa bilər".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov deyib. 26 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində üz tutduğğu "Alkorkon" klubunun heyətində debüt edə bilər. O, çempionatın XXVIII turunda "Qranada"ya qarşı keçiriləcək görüş üçün özünü hazır hesab edir:

"Bir müddət əvvəl "Qranada"da forma geyinmişəm. Komandanı yaxşı tanıyıram. Onların heyətində Darvin Maçis kimi sürətli, texnikalı oyunçu var. Həmçinin komandanın baş məşqçisi Xose Oltra kifayət qədər təcrübəlidir. Oyuna yaxşı hazırlaşmışıq, həftə ərzində intensiv məşqlər keçmişik. Öz oyunumuzu sərgiləmək niyyətindəyik. Qələbə qazanmaq istəyirik, amma bunu əldə etmək elə də asan olmayacaq".  

Eddi yeni klubunda özünü xoşbəxt hiss edir: "Burada əvvəllər eyni komandada oynadığım futbolçular var. Onlar mənə çox yaxşı münasibət göstərirlər. Yeni klubuma tez uyğunlamışam, özümü xoşbəxt hiss edirəm".

Qeyd edək ki, Eddi İsrafilov qış transfer dönəmində "Ximnastik"i "Alkorkon"a dəyişib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right