“Qarabağ” Türkiyədə ilin ən yaxşı komandası seçilə bilər

Türkiyənin məşhur "Milliyət" qəzetinin saytında ilin ən yaxşı idmançısı, idman adamı və komandalarını müəyyənləşdirmək üçün sorğu keçirilir.

Newsport.az-ın məlumatına görə, ilin komandası nominasiyasına namizədlər sırasında bu mövsüm tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrupunda mübarizə aparan "Qarabağ" da yer alıb. Digər namizədlər isə Türkiyənin əlillər üzrə futbol millisi, "Fənərbaxça"nın basketbol klubu, "Vakıfbank" voleybol klubu, "Beşiktaş" futbol komandası və əlillər üzrə basketbol millisidir.

Azarkeşlər http://yilinsporcusu.milliyet.com.tr/Question.aspx saytına daxil olub "yılın takımı" (ilin komandası) bölməsini seçməklə  səsvermədə iştirak edə bilərlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right