Millinin yeni baş məşqçisi müəyyənləşdi

Yeni Zelandiya millisinin yeni baş məşqçisi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, bu postu isveçrəli mütəxəsis Fritz Şmid tutub. Onunla 4 illik müqavilə imzalanıb. Şmid komandanı 2018-ci il dünya çempionatına çıxara bilmədikdən sonra istefa verən Entoni Hadsonu əvəzləyib.

Qeyd edək ki, 58 yaşlı mütəxəsis daha öncə Malayziya Futbol Federasiyasında texniki direktor idi. O, Avstriya millisi və "Basel"in məşqçilər korpusuna da daxil olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right