Mourinyo dünya çempionatında şərhçilik edəcək

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Rusiyada təşkil ediləcək dünya çempionatı zamanı heç də tam istirahət etməyəcək.

Newsport.az-ın məlumatına görə, o, özünü yeni sahədə sınayacaq. Portuqaliyalı mütəxəssis yayda keçiriləcək mundial zamanı şərhçi kimi fəaliyyət göstərəcək. "Qırmızı şeytanlar"ın baş məşqçisi adı açıqlanmayan telekanalların birində məharətini göstərəcək. Ancaq Mourinyo bütün çempionat boyunca yox, sadəcə, bir oyunu şərh edəcək. 

Qeyd edək ki, DÇ-2018-in final mərhələsi 14 iyun - 15 iyul aralığında keçiriləcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right