Futbolçu topdaşıyan uşağı döydü

Braziliya çempionatının aşağı liqasında keçirilən “Komersial” - “Operario” oyununda xoşagəlməz hal yaşanıb.

Newsport.az saytının məlumatına görə, qonaqların qol buraxmasından sonra komandanın futbolçusu Cefferson Reis topdaşıyan gəncə hücum edib.

Topdaşıyan meydan sahiblərinin qoluna sevindiyindən Reis onu yerə yıxaraq yumruqalayıb. Bundan sonra meydanda ara qarışıb və oyunda bir neçə dəqiqəlik fasilə yaranıb. 

Hadisədən sonra "Operario" klubu futbolçunun müqaviləsini ləğv edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right