Sabiq "Qəbələ"linin yeni komandası məlum olub

"Qəbələ" və "Kəpəz"in sabiq futbolçusu Lyubo Baranin yeni komanda ilə razılığa gəlib.

Newsport.az xəbər verir ki, 
Malayziyanın "Kuantan" klubu ilə yollarını ayıran serbiyalı futbolçu, karyerasını ölkəsində davam etdirəcək. Belə ki, 31 yaşlı yarımmüdafiəçi Serbiya "Dinamo"su ilə razılığa gəlib.

Qeyd edək ki, Baranin 2009-12-ci illərdə "Qəbələ"də çıxış edib. 2012-ci ildə isə bir müddət “Kəpəz”in şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right