"Volfsburq"un yeni baş məşqçisi məlum oldu

"Volfsburq"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Bundesliqa klubunu Bruno Labbadia çalışdıracaq. Klubun rəsmi saytının yaydığı məlumata görə, 52 yaşlı mütəxəssislə 2019-cu ilədək müqavilə imzalanıb.

Məşqçilik karyerasına "Darmştadt"da başlayan Labbadia "Bayer", "Hamburq", "Ştutqart" kimi Bundesliqa klublarında çalışıb.

Qeyd edək ki, alman mütəxəssis bu postda Martin Şmidti əvəzləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right