Aquera meydana girən azarkeşi vurdu

İngiltərə Kubokunun 1/8 mərhələsi çərçivəsində keçirilən “Uiqan” - “Mançester Siti” oyunundan sonra xoşagəlməz hadisə baş verib.

Newsport.az-ın məlumatına görə, matç bitdikdən sonra meydana azarkeş daxil olub. O, Serxio Aqueroya yaxınlaşaraq nəsə deyib. Futbolçu isə azarkeşi vurub.

30 yaşlı argentinalı ulduzun bu hərəkətə görə cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə “Uiqan” 1/4 finala yüksəlib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right