Millimizin üzvünə şans verilmədi

Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir.

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Göztəpə” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0. Dəniz bu oyunun iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 25 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right