Millimizin üzvü keçmiş komandasına qarşı oynadı

Futbol üzrə Ukrayna çempionatında 20-ci turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Stal” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Paşayev qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

"Aleksandriya" geridə qalan turlarda topladığı 19 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right