Millimizin futbolçusunun komandası ev oyununda xal itirdi

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 27-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Tenerife” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb.

“Alkorkon" geridə qalan turlarda 34 xal toplayıb və hazırda 22 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right