Şenol Günəş jurnalistlə dalaşdı "Türkiyə budu! Bu tip jurnalistləri də üzərimizə yönləndirirlər"

“Beşiktaş”ın baş məşqçisi Şenol Güneş jurnalistlə dalaşıb.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqanın 22-ci turu çərçivəsində, səfərdə “Konyaspor”un qonağı olan “Beşiktaş” bu matçdan 1-1 hesabı ilə ayrılıb. Oyundan sonra jurnalisitin Şenol Günəşə “Rəqib komandanın baş məşqçisinə “təbrik et” deyərək, hakimə doğru itələməniz nə dərəcədə doğrudur”? Sualı,  65 yaşlı mütəxəssisi hövsələdən çıxarıb.

Jurnalistə çox sərt və əsəbi şəkildə cavab verən Günəş Türkiyədəki jurnalistlərdən narazıçılıq edərək bildirib ki, “xaiş edirəm susun! Burada nə var böyüdüləcək? Siz, bilmirəm necə başa düşmüsünüz, mən, sadəcə,  öz oyunçularımı geriyə çağırdım. Heç kimi itələmədim. Gedib bir daha kart görsəydilər? Baxın, Türkiyə budu! Bu tip jurnalistləri də üzərimizə yönləndirirlər.  Sizin etdiyiniz düzgün hərəkət deyil. Mənə qarşı hörmətsizilik edirsiniz”.

Qeyd edək ki, “Beşiktaş” gələn həftə, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bavariya”nın qonağı olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right