"Tarix yazdıq, rəqiblərimizi qarşılaşdırdıq" "Qarabağ"ın paylaşımı İspaniya mətbuatında

"Qarabağ"ın rəsmi sosial şəbəkə hesablarında Ağdam klubunun Çempionlar Liqasındakı keçmiş rəqibləri "Atletiko" və "Kopenhagen"in Avropa Liqasının 1/16 final mərhələsində üz-üzə gəlməsiylə bağlı paylaşımı İspaniya mediasının da diqqət mərkəzində olub.

Newsport.az xəbər verir ki, "El Mundo Deportivo", "Ok Diario", "Marca" kimi ünlü mətbu orqanlar buna xüsusi yer ayırıblar. Pireney ölkəsinin mediasında Ağdam klubunun sosial şəbəkə hesablarındakı paylaşımı "troll", "məzə" kimi qiymətləndirilib.

Xatırladaq ki, "Qarabağ" bu mövsüm Çempionlar Liqasının pley-offunda səfərdə vurulan qolla "Kopenhagen" səddini aşaraq (1:0, 1:2), ölkə futbolu tarixində ilk dəfə qrup mərhələsinə düşdü. Ağdam təmsilçisi qrup mərhələsində "Atletiko" ilə iki heç-heçə edib (0:0, 1:1), komandanın turnirdə 1/8 finala yüksəlməməsinə səbəb olmuşdu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right