"Beşiktaş" Quarejmanı satmaq fikrində deyil

“Beşiktaş”ın hücumçusu Rikardo Quarejmanın transferi üçün Çin klubları hərəkətə keçiblər.

Newsport.az xəbər verir ki, Çinin “Şanxay Şenxua” klubu başda olmaqla, ölkənin digər klubları 34 yaşlı futbolçunun keçidi üçün sıraya düzülüblər. Çinlilər danışıqlar üçün “ağ-qaralar”a təklif göndərsələr də, klubun prezidenti Fikret Orman hələki Quarejmanı satmaq fikrində olmadığını açıqlayıb.

Qeyd edək ki, 2015-ci lldən “Beşiktaş”ın şərəfini qoruyan portuqaliyalı futbolçu, bu il çıxdığı 28 matçda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right