"Fənərbaxça" üçün pis xəbər

“Fənərbaxça”nın hollandiyalı futbolçusu Vinsent Yanssen uzun müddət komandasına kömək edə bilməyəcək.

Newsport.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. “Bursaspor”la səfər matçında zədələnən yanssen bir neçə müddətdir ki, yaşıl meydanlardan kənarda qalıb. İstanbul təmsilçisindən edilən açıqlamaya görə, futbolçunun zədəsi sağalmayıb və müalicəsi davam edir.

27 fevral tarixində yenidən müayinəyə girəcək hücumçunun vəziyyəti yaxşı olacağı təqdirdə, yenidən komanda ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, 23 yaşlı oyunçu, 2017-ci ilin əvvəlindən “Fənərbaxça”nın şərəfini qoruyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right