Yığmanın yeni baş məşqçisi müəyyənləşdi

Şotlandiya yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, milliyə 59 yaşlı Aleks Makliş çalışdıracaq. Təcrübəli mütəxəssis federasiya ilə 2020-ci ilə qədər müqavilə imzalayıb.

Xatırladaq ki, Şotlandiya yığmasına son olaraq Qordan Straçan rəhbərlik edirdi. Lakin komanda DÇ-2018-ə vəsiqə qazana bilmədiyi üçün o, istefaya göndərilmişdi.

Makliş 2007-ci ildə də qısa müddətə Şotlandiya  yığmasına rəhbərlik edib. Onun son iş yeri isə Misirin “Zamalek” klubu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right