İkardi Rayolanın təklifini rədd edib

“İnter”in hücumçusu Mauro İkardi menecer Mino Rayolanın “Mançester Yunayted”ə keçmək təklifini rədd edib.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə bir çox məşhur futbolçuya menecerlik edən Rayolanın argentinalı hücumçuya mankunianlara transfer olmağı təklif etdiyi, ancaq İkardinin hazırkı meneceri - həyat yoldaşı Vanda Nara ilə iş birliyini davam etdirməklə bağlı qərar verdiyi qeyd edilib.

24 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 22 oyunda 18 qol vurub.

Qış fasiləsində İkardinin “Real”a keçəcəyi deyilsə də, futbolçu “İnter”də qalıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah