Prosineçki Azərbaycanda məşqçilik bacarığını göstərdi" Refik Şabanadjoviç

"Prosineçki ciddi mütəxəssisdir. O, "Srvena Zvezda", "Kayserispor" klubları və Azərbaycan millisindəki işi ilə məşqşilik bacarığı olduğunu göstərib".

Newsport.az-ın məlumatına görə, bu sözləri Yuqoslaviya yığmasının sabiq oyunçusu Refik Şabanadjoviç deyib.

“Srvena Zvezda” klubunun keçmiş müdafiəçisi müsahibəsində millimizin sabiq baş məşqçisi Robert Prosineçki haqda da danışıb. O, xorvatiyalı çalışdırıcının Azərbaycandakı işinə toxunaraq, onun güclü məşqçi olduğunu bildirib.

Veteran futbolçu Prosineçkinin Bosniya və Herseqovina millisində uğur qazanacağına inanır:  "Bosniya və Herseqovina yaxşı futbolçulara malikdir. Onun rəhbərliyi altında komanda növbəti seçmə mərhələdə Avropa çempionatına çıxmaq üçün oynayacaq. Əminəm ki, Prosineçki bosniyalıları qitə birinciliyinə daşıya biləcək”.

Qeyd edək ki, Robert Prosineçki millimizdən ötən ilin sonunda ayrılıb.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz