"Mançester Yunayted"in futbolçusu "Beşiktaş"la anlaşdı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Maruan Fellaininin adı son Türkiyə çempionu "Beşiktaş"la hallanmaqda davam edir.

Newsport.az-ın məlumatına görə, İngiltərə mətbuatı belçikalı futbolçunun "Beşiktaş"la anlaşma əldə etdiyini yazıb.

Mövsümün sonunda "qırmızı şeytanlar"la müqaviləsi başa çatacaq Fellaini "qara qartallar"a azad agent statusu ilə keçəcək.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2013-cü ildən "Mançester Yunayted"də çıxış edir.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah