"Yalan məlumat yayan jurnalistlərə qarşı klubumuz cinayət işi başlatıb" Açıqlama

Adı İspaniyanın “Las Palmas” klubunun futbolçusu Luis Remy ilə hallanan “Trabzonspor”, bu haqda dolaşan xəbərlərə aydınlıq gətirib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qış transfer pəncərəsi dönəmində Remyni 7,5 milyon avro qarşılığında heyətinə qatacağları haqda dolaşan yazılara, "Qaradəniz Pələngləri"nin rəsmi saytından münasibət bildirilib:

Açıqlamada deyilir: “Düzgünlüyü araşdırılmadan, yalan məlumat yayan jurnalistlərə qarşı klubumuz cinayət işi başlatıb. Bundan sonra da ola biləcək yalan, təhdid dolu xəbərlərə qarşı lazımı adımlar atılacaq”.

Qeyd edək ki, 30 yaşlı futbolçu Luis Remy 2018-ci ilin əvvəlindən icarə əsasında İspaniyanın “Xetafe” klubuna transfer olub.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah